Aytən Mustafazadə də seçkiyə getmədi-KƏNARDA QALAN BİTƏRƏFLƏRİN SAYI 10-A ÇATDI

Bitərəf (müstəqil) millət vəkillərindən daha birinin seçkilərə getmədiyi məlum olub.

Etikxeber.az-ın xəbərinə görə, bu, iki dəfə millət vəkili olan professor Aytən Mustafazadədir.

Belə ki, A. Mustafazadənin növbəti dəfə seçkilərə gedəcəyi, namizədliyini irəli sürəcəyi gözlənilsə də, xanım millət vəkili son anda kənarda dayanmağa üstünlük verib.

Beləliklə, seçkilərə qatılmayan bitərəf deputatların sayı 10-a çatıb.

Qeyd edək ki,  hüquq elmləri doktoru, professor A. Musatafazadə 4-cü və 5-ci çağırış Milli Məclisin (MM) üzvü olub.

MM-in İnsan hüquqları, Əmək və sosial siyasət komitələrinin üzvü, AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktorudur.

Onu da qeyd edək ki, seçkilərə qatılmayan bitərəf deputatlar bunlardır: Zeynəb Xanlarova, Elmira Axundova,  Flora Qasımova, Aytən Mustafazadə, Kamran Nəbizadə, Mahir Aslanov, Elxan Süleymanov, Valeh Ələsgərov, Əflatun  Amaşov və Gövhər Baxşəliyeva.

Etikxeber.az

 

 

Read Previous

“Artıq 50-dək dairədən sənədlərimizi DSK-lara təqdim etmişik” – “MÜSAVAT”DAN AÇIQLAMA

Read Next

Afrika qitəsinin 2019-cu ildə ən yaxşı futbolçusu – SADİO MANE

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir