Azər Badamov komitələrini dəyişdi-TAHİR RZAYEVLƏ FƏZAİL İBRAHİMLİNİN “KOMİTƏLƏRİ”NDƏ FƏALİYYƏT GÖSTƏRƏCƏK

3-cü dəfə millət vəkili seçilən və 6-cı çağırış Milli Məclisin (MM) üzvü olan Azər Badamov təmsilçisi olduğu komitələri dəyişib.

Bu haqda Etikxeber.az-a açıqlamasında millət vəkilinin özü bildirib.

Qeyd edib ki, bu çağırışda MM-in Aqrar siyasət, eləcə də, İctimai birliklər və dini qurumlar komitələrində fəaliyyət göstərməyə üstünlük verib.

Qeyd edək ki, 4-cü çağırışdan-2010-cu ildən MM-in üzvü olan A. Badamov parlamentin Regional, həmçinin, Gənclər və idman komitələrinin üzvü olub.

Onu da qeyd edək ki, 6-cı çağırışda Aqrar siyasət komitəsinə millət vəkili Tahir Rzayev, İctimai birliklər və dini qurumlar komitəsinə isə vitse-spiker, professor Fəzail İbrahimli sədr seçilib.

Hər iki komitə sədri, eləcə də, A.Badamov ötən çağırışlarda eyni komitədə-Regional məsələlər komitəsində birgə fəaliyyət göstəriblər.

Eyni zamanda, qeyd edək ki, komitələrin tərkibləri MM-in növbəti plenar iclasında təsdiqlənəcək.

Etikxeber.az

Read Previous

“Valyuta bazarına nəzarət gücləndiriləcək…” – BAŞ NAZİRİN YANINDA TƏCİLİ MÜŞAVİRƏ – FOTO

Read Next

“Bütün bilik və bacarığımı sərf edəcəyəm ki…” – SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir