Azər Kərimli-ELNUR ALLAHVERDİYEVLƏ ƏVƏZLƏNDİ-GUAM PA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNİN YENİ RƏHBƏRİ VƏ TƏRKİBİ MƏLUM OLDU…

Milli Məclisdə fəaliyyət sahələrimdən biri də GUAM Parlament Assambleyası (PA) çərçivəsində olacaq. Bu qurumdakı nümayəndə heyətimizə rəhbərlik edəcəyəm. Bildiyiniz kimi, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı sıralarında birləşdirən GUAM ciddi potensialı olan regional təşkilatdır.1997-ci il oktyabrın 10-da yaradılıb. Əsas fəaliyyət prinsipləri iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, demokratik proseslərin sürətləndirilməsi, habelə bütün növ aqressiyalara, əsasən də etnik separatizm və dövlətlərin suverenliyinə qarşı yönəlmiş təhlükələrə qarşı vahid cəbhədən mübarizədir.GUAM PA qurumda birləşən dövlətlərin qanunverici orqanlarının koordinasiyalı şəkildə fəaliyyətlərini tənzimləmələri üçün əlverişli siyasi platformadır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Elnur Allahverdiyev bildirib.

“Hər bir beynəlxalq təşkilatda fəal iştirak, Azərbaycanın milli maraqlarının təbliği, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılması qarşımızda duran başlıca vəzifə olmalıdır. Prezidentimiz cənab İlham Əliyev hesab edir ki, bu məqsədlərin reallaşdırılması üçün müdafiə deyil, daima aktiv hücüm diplomatiyasından istifadə etməli və düşmənə qarşı bütün çoxmillətli müstəvilərdə effektiv mübarizə nümayiş etdirməliyik. GUAM PA-nın da belə regional təşkilatlardan olduğunu nəzərə alaraq qeyd olunan istiqamətlərdə səylərimizi əsirgəməyəcəyik! Bu mübarizədə bizə dəstək olan bütün vətəndaşlarımıza öncədən təşəkkür edirəm!”-deyə, o, sonra bildirib.

Qeyd edək ki, Azərbaycanın GUAM PA-dakı nümayəndə heyətinə uzun illər millət vəkili Azər Kərimli rəhbərlik edib.

Bu dəfə isə onu E. Allahverdiyev əvəzləyib.

GUAM PA-dakı nümayəndə heyətinin üzvləri isə millət vəkilləri – Nəsib Məhəməliyev, Əli Məsimli, Fatma Yıldırım, Cavid Osmanov, Qüdrət Həsənquliyevdir.

Etikxeber.az

Read Previous

“Dağlıq Qarabağ bölgəsinin erməni icmasına bir daha bildirmək istəyirəm ki…”-TURAL GƏNCƏLİYEVDƏN ÇAĞIRIŞ

Read Next

Bahar Muradova-ATƏT PA-DAKI YENİ NÜMAYƏNDƏ HEYƏTİNƏ UĞURLAR ARZULADI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir