Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Azəravtoyol” ASC-nin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan MMC-lərin istehsalat bazalarının payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün tədbirlər planı hazırlanıb.
ASC-dən Etikxeber.az-a verilən məlumata görə, 2016-2017-cı illər payız-qış mövsümünə hazırlıq, payıq-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək, o cümlədən vəziyyətə operativ nəzarət etmək məqsədi ilə cəmiyyətin mərkəzi aparatında qərargah yaradılıb.
Bundan başqa, tədbirlər planına əsasən, müntəzəm surətdə avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatların toplanması, respublikanın magistral avtomobil yollarında, dağlıq rayonlarda, həmçinin Bakı şəhərinin avtomobil yollarında, prospekt və küçələrində mövcud vəziyyət barədə operativ tədbirlərin görülməsi məqsədi ilə “Azəravtoyol” ASC-də sutkalıq növbətçilik yaradılıb.
Növbətçinin daxil olan məlumatları operativ şəkildə qeyd edib cəmiyyətin tabeliyində olan şöbə və idarələrə çatdırılmasını təmin etmək məqsədi ilə (012) 599-79-75 nömrəli xüsusi telefon xətti, “Qaynar xətt” fəaliyyət göstərir. “Qaynar xətt” 24 saat ərzində daxil olan zəngləri qəbul edir.
Cəmiyyətin tabeliyində olan MMC-lərə qısa müddət ərzində yol texnikasının, maşın-mexanizmlərin və nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsini, körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpasını və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsini, yol nişanlarının, yol avadanlıqlarının, siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirmək və mövcud nöqsanları aradan qaldırılmasını, xidmət etdikləri avtomobil yollarında cari təmir işlərinin, suötürücü boruların və küvetlərin təmizlənməsini, tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyatını yaradılmasını, mailliyi böyük olan sahələrdə və sərt döngələrdə səpilməsi üçün yığılmış qum və duz ehtiyatlarının səmərəli istifadə edilməsini təmin etmək tapşırılıb.
Etikxeber.az