Azərbaycan ərazisinə qeyri-qanuni yolla avtomaşın gətirilməsinin qarşısını alındı

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Azərbaycan ərazisinə qeyri-qanuni yolla avtomaşın gətirilməsinin qarşısını alıblar.

DSX-nin mətbuat mərkəzindən Etikxeber.az-a bildiriblər ki, sərhədçilər tərəfindən aparılan yoxlama nəticəsində oktyabrın 10-da sərhəd buraxılış məntəqəsindən Gürcüstan-Azərbaycan istiqamətində hərəkət edən Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü Azər Tofiq oğlu Məmmədovun idarə etdiyi “Ford Tranzit” markalı “90-OT-790” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində olan şassi nömrəsi ilə dövlət qeydiyyat nişanının eynilik təşkil etmədiyi aşkarlanıb.

Hazırda əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Etikxeber.az

Read Previous

“AŞPA artıq Ermənistana qarşı sərt addımlar atmalıdır” – DEPUTATDAN TƏLƏB

Read Next

“Vicdanımı dinləmişəm” – AZƏRBAYCANLI DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir