“Azərbaycan almanlar üçün sığınacaq yeri olub…” – TOMAS OPERMAN

Almaniyalı deputat: Müharibələrin sülh yolu ilə həllinə çalışmaq lazımdır

Biz ATƏT-in bu istiqamətdə sülh missiyasını dəstəkləyirik. Almaniya Federativ Respublikası münaqişənin həlli üçün əlindən gələni edir.

Etikxeber.az xəbər verir ki, bunu Almaniya Bundestqanın vitse-prezidenti Tomas Operman Bakıda keçirilən  konfransda deyib.

O, xatırladıb ki, Azərbaycan almanlar üçün sığınacaq yeri olub:

“Qafqazda maraqlı tərəfdaşımız Azərbaycandır”.

Onun sözlərinə görə, Azərbaycan Almaniyanın 5-ci neft təchizatçısıdır.

Vitse-prezident sonra münaqişələrə, o cümlədən, Qarabağ münaqişəsinə toxunaraq, qeyd edib ki, sülh yolu ilə danışıqların mütləq nəticələri olur.

Onun dediyinə görə, müharibələrin sülh yolu ilə həllinə çalışmaq lazımdır.

“Dağlıq Qarabağ münaqişəsi 10 illərdir ki, davam edir, insanlar əziyyət çəkir, problemlərlə üzləşir.

Biz ATƏT-in bu istiqamətdə sülh missiyasını dəstəkləyirik. Almaniya Federativ Respublikası münaqişənin həlli üçün əlindən gələni edir.

Bizim Azərbaycanla və Ermənistanla normal münasibətlərimiz var. Ümid edirəm ki, bu münaqişə sülh yolu ilə həll ediləcək”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Dialoqun gücləndirilməsinə çalışmaq lazımdır…” – TSERETELİ

Read Next

“Silahlar bizdən çox danışır” – BAHAR MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir