Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Səməd Seyidov: “Sanksiyalar, sadəcə, hansısa seçki missiyalarında iştirak, hansısa ölkəyə məruzəçi və sair bu kimi sahələrə tətbiq ediləcək”
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dünən AŞPA-nın bəzi üzvlərə, o cümlədən, onun özünə sanksiya tətbiq etməsi məsələsi ilə bağlı mətbuat konfransı keçirib.
Etikxeber.az xəbər verir ki, S.Seyidovun dediyinə görə, Azərbaycan AŞPA-nın strukturları ilə konstruktiv əməkdaşlıq edir. S. Seyidov qeyd edib ki, bu qurumda ancaq Azərbaycana qarşı ikili standartlar da var:
“Biz bunun dəfələrlə şahidi olmuşuq. Elan olunan qərar ikili standartların tərkib hissəsidir. Bunun heç əsası yoxdur, bu, Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdir”.
S.Seyidovun eyni zamanda, bildirdiyinə görə, AŞPA-da Ermənistana qarşı fərqli münasibət var:
“Ermənistanda keçmiş hakim rejimlə bağlı daim müsbət fikir ifadə edirdilər. Amma nə oldu? Ermənilər özləri həmin rejimi tarixin zibilliyinə atdı. Əlbəttə, AŞPAiçində sağlam qüvvələr var, amma bəzi şəxslər qərəzli çıxış edirlər. Onlar Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq istəyirlər. Bu, sanksiya da buna xidmət edir”.
O, həmçinin, qeyd edib ki, heç kimi məhkəmə olmadan, hüquqi prosedur olmadan ittiham etmək olmaz:
“Bizim fikrimiz özünü doğrultdu, həmin komitənin böyük hesabatı Azərbaycana qarşı yönəlmişdi. AŞPA-nın fəaliyyəti şəffaf deyil. Azərbaycanla qəbul olunmuş qərarların əksəriyyəti mənfidir. Guya, beş il bundan öncə kimsə kiməsə deyib ki, monitorinq komitəsinin rəyi Səməd Seyidova əvvəlcədən bəlli idi. Dünən qəbul olunmuş sənəd düzgün qiymətləndirilməlidir. Heç kim Azərbaycanı və onun üzvlərini Avropa Şurasından kənarlaşdıra bilməz. Sanksiyalar nə söz deməyimizə və sənəd qəbuluna əngəl yarada bilər. Bu hansısa seçki prosesində müşahidəçi qismində iştirak etməyə və hansısa ölkə ilə bağlı rəylə çıxış etməyə imkan vermir. Sanksiyalar, sadəcə, hansısa seçki missiyalarında iştirak, hansısa ölkəyə məruzəçi və sair bu kimi sahələrə tətbiq ediləcək. Bu, bir daha qeyd edirəm ki, Azərbaycanın qurumda normal fəaliyyəti, Dağlıq Qarabağ probleminin çatdırılmasında fəaliyyəti üçün heç bir məhdudiyyət yaratmayacaq. Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək”.
Nümayəndə heyətinin rəhbəri onu da əlavə edib ki, AŞPA-da sanksiyaya məruz qalan şəxslər Ermənistanın işğalına münasibətdə Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyən şəxslərdir:
“Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyət göstərən insanlar daim qurumda sanksiyaya məruz qalıb. Ən əsası da bir neçə komitədə, bir neçə iclasda Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı məsələlər qaldıran insanlar bu gün sanksiyaya məruz qalıb. Əsas hədəf hansısa şəxs deyil. Nümayəndə heyətimizin rəhbəri bu gün bir şəxsdir, sabah başqa şəxs ola bilər. Əsas məsələ Azərbaycanın milli maraqlarıdır. Biz buna müdaxiləyə imkan verməyəcəyik. Azərbaycanın AŞPA-da fəaliyyətini daha da yüksək formada təşkil edəcəyik. Bu sanksiya Azərbaycana deyil, AŞPA-nın öz nüfuzuna mənfi təsir göstərəcək. Biz növbəti sessiyada iki nəfərlə də olsa, təmsil olunacağıq, boş qalan yerlərə də şəxslər seçiləcək”.
Etikxeber.az