“Azərbaycan Bayrağı” ordeni alan şəhidlərin ailələrinə də təqaüd verilməsi yaxşı olardı”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

““Azərbaycan Bayrağı” ordeni Milli Qəhrəman adından sonra 2-ci ali ordendir. Amma bu ordenlə təltif edilmiş şəhid ailələrinə heç bir maddi təqaüd verilmir”.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) komitə sədrinin müavini Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən iclasında deyib.

“Mənim seçicilərim arasında bir ana var ki, iki övladı şəhid olub. Bizim üçün bütün şəhidlərimiz dəyərlidir. Amma Milli Qəhrəman ailələri kimi, “Azərbaycan Bayrağı” ordeni alan şəhidlərin ailələrinə də təqaüd verilməsi yaxşı olardı”– deyə, M. İbrahimqızı bildirib.

MM-in komitə sədri Siyavuş Novruzov isə deyib ki, üç “Azərbaycan Bayrağı” ordeni alan şəxslər Milli Qəhrəmana bərabər sayılır:

“Ona görə də bu məsələ ətrafında müzakirə aparmağa ehtiyac yoxdur”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

II Dünya Müharibəsinin Böyük Vətən Müharibəsi kimi təqdim edilməsi MM-də-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU…

Read Next

Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi yubiley medalı-TƏSİS EDİLDİ VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir