Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Biləsuvarlı, Ağalıkəndli “Qisas” əməliyyatı Şəhidi Məhəmməd Bilal oğlu Məmmədovun Anım Günüdür.
Məhəmməd Məmmədovun bu gün-14 sentyabr 2026-cı il tarixində Əbədiyyətə uğurlanmasından dörd il keçir.
Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin ata ocağında Anım məclisi düzənlənib, adına ehsan verilib.
Şəhidin ruhuna dualar olunub, “Quran” oxunub.
Sonra Şəhidin Ağalıkənd qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, bir daha rununa dualar olunub.
Çıxışlar edilib.
Biləsuvarlı Şəhid ataları, din xadimləri, Məhəmməd Məmmədovla bağlı yazılımış “Məhəbbət qürbətə gedərmiş” kitabının müəllifi Zahir Məlikli və digər şəxslər iştirak ediblər.
Çıxışlarda Şəhidin qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan, Vətən naminə fədakarlığından bəhs olunub.
Şəhidin hərbçi və döyüş yoldaşı bildirib ki, Məhəmməd hər zaman öndə gedən komandirlərdən olub.
“Məhəmməd heç zaman arxada dayanmayıb, daim öndə gedən komandirlərdən olub. Heç zaman Əsgərini özündən qabağa buraxmayıb. Əsgərini öz səngərimizdə saxlayıb, özü isə birbaşa düşmənin üzərinə şığıyıb, düşmənin səngərinə girib. Hər zaman Əsgərini qoruyub…”-deyə, sonra qeyd edib.
Çıxışlar zamanı həmçinin, Şəhidin valideynlərinə, doğmalarına Allahdan səbr və dözüm dilənib.
Eyni zamanda, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.
Sonda Xatirə fotoları çəkdirilib.
Etikxeber.az xəbər verir ki, Məhəmməd Məmmədov 1995-ci ilin dekabr ayının 12-də Biləsuvarın Ağalıkənd kəndində dünyaya gəlib…
Ailənin beş övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub…
Bacıları və tək qardaşı hazırda ailəlidir…
Bir müddət Bakıda yaşadıqları üçün birinci sinifə də elə paytaxt məktəblərindən birinə gedib 2002-ci ildə…
Sonra yenidən Biləsuvara, Ağalıkəndə döndükləri üçün üçüncü sinifdən orta təhsilini öz doğma kəndlərində davam etdirib…
2013-cü ildə orta məktəbi bitirdikdən, 18 yaşını başa vurduqdan bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb, 2016-cı ildə Əsgərliyini başa vuraraq yenidən evinə dönüb…
Çalışıb, işləyib, ailəsinə dəstək olub…
İkinci Vətən Müharibəsinə az qalmış isə Orduya, hərb həyatına qayıdıb…
İkinci Vətən Müharibəsində Şuşayacan uzun və şərəfli döyüş yolu keçib…
Noyabr ayının 4-də xəsarət, ağır kontuziya, kəllə-beyin travması alıb…
Bir neçə gün səhhətilə bağlı Ağsu rayon Mərkəzi Xəstəxanasında müalicə-müayinə olunub…
Həmin vaxt ona baxan həkiminə, əslən Qəbələli olan, onunla eyni soyadı daşıyan Mələk xanıma aşiq olub, sonradan da nişanlanıblar…
Xəstəxanadan buraxıldıqdan sonra yenidən Orduda qalıb, Gizirlik kursunda oxuyub, Gizir rütbəsini daşıyıb…
Peşəkar hərbçi, Gizir kimi 2022-ci ilin “Qisas” əməliyyatında iştirak edib…
Sentyabrın 12-dən 13-nə keçən gecə isə Kəlbəcər istiqamətində qəhrəmancasına Şəhid olub…
Nəşi 14 sentyabr tarixində Ağalıkənd Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…
O, Ağalıkəndin 9 Şəhidindın biri, eyni zamanda, yeganə “Qisas” əməliyyatı Şəhididir…
İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra bir neçə medalla və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…
Adını daşıyan küçə var.
14:14
***
FOTOLAR:








16:00
***




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





