“Azərbaycan Bayrağı” ordenli İkinci Vətən Müharibəsi Şəhidi Ramiq Mikayılovun Cənnətdəki dördüncü doğum günüdür-SABAH 31 YAŞI TAMAM OLUR…

Sabah İkinci Vətən Müharibəsi Şəhidi Ramiq Mikayılovun doğum günüdür.

Ramiq Mikayılovun sabah 31 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Ramiq Mikayılov 1993-cu ilin yanvar ayının 25-də Şamaxı rayonunun Ovçulu kəndində dünyaya gəlib.

Ailənin 3 övladından-2 qardaşdan biri olub.

Heydər Əliyev adına Ali Hərbi məktəbi bitirib, ali təhsilli, peşəkar hərbçi olub.

Peşəkar hərbçi kimi Azərbaycan Ordusunda fəaliyyət göstərib, Qərargah rəisi olub, Baş leytenant hərbi rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsi zamanı isə qəhrəmancasına Şəhidlik məqamına ucalıb, nəşi Ovçulu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra medallarla, o cümlədən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Ailəli olub, bir övladı-oğlu Vətənə əmanət qalıb.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 31 yaşı mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabah Anım günləri olan Vətən müharibəsi Şəhidləri-NƏŞİ 3 AY 23 GÜNDƏN SONRA TAPILAN AĞDAŞLI ATƏM ƏLİYEV VƏ ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 30 İL KEÇƏN KÜRDƏMİRLİ YAŞAR SEYİDOV…

Read Next

Sıxlıq və tıxac olan yollar-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir