“Azərbaycan Bayrağı” ordenli İkinci Vətən Müharibəsi Şəhidi Xudayar Yusifzadənin-SABAH CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, 26 YAŞI TAMAM OLUR…

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Xudayar Müslüm oğlu Yusifzadənin doğum günüdür.

Xudayar Yusifzadənin sabah 26 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı sabah səhər saatlarında Şəhidin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.

Qısa çıxışlar ediləcək, məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndiriləcək, sonra Şəhidin adına çay-ehsan süfrəsi təşkil olunacaq.

Etikxeber.az-ın xəbərinə görə, əslən Ağdamlı olan Xudayar Yusifzadə 1998-ci ilin iyul ayının 15-də Bərdədə, sadə bir ailədə dünyaya gəlib.

Ailənin dörd övladından, üç qardaşdan biri olub.

Atasını körpəykən itirib, dünyaya gəlməsindən 24 gün sonra atası vəfat edib.

Anaları Radə Qurbanova (həm də nənələri Tovuz xanım) onlara həm analıq, həm də atalıq edib.

Orta məktəbi bitirdikdən sonra Əsgərliyə, həqiqi hərbi xidmətə gedib.

Həqiqi xidmətini başa vurduqdan bir müddət sonra həyatını yenidən hərb ilə bağlayıb.

Və Dövlət Sərhəd Xidmətinin (DXS) Kiçik giziri kimi İkinci Vətən Müharibəsində iştirak edib.

2020-ci ilin oktyabrın 21-dən 22-ə keçən gecə isə Zəngilan rayonunun Ağbənd qəsəbəsi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi oktyabrın 23-də Bərdə rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra “Azərbaycan Bayrağı” ordeni və medallarla təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Trampa qarşı edilən hücum şok və dəhşət doğurur…”-İLHAM ƏLİYEV

Read Next

Prezident əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının-AÇILIŞINDA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir