Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır.
Cənab Prezident İlham Əliyevin atdığı addımlar bütün regional əməkdaşlıq çərçivəsində öz müsbət təsirlərini göstərir.
Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib.
Artıq bir çox dövlətlər beynəlxalq əməkdaşlıqla bağlı bizimlə əlaqədə olmaq, bizim yüksək nailiyyətlərimzlə yol almaq üçün can atırlar. Bu uğurlu yolda biz daim öz etimadımızı qoruyub saxlamağı bacarmışıq.
Azərbaycan sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib. Son zamanlarda Türkiyə ilə hərbi əməkdaşlıq və təlim proqramları keçirilməkdədir. Bizim, qardaş ölkə ilə hərbi yönümdə irəlilədiyimiz bu yol bütün dünya üçün bir nümunədir. Təkcə hərbi yox təbii ki, bütün mövqelərdə Türkiyə ilə əməkdaşlığımız mövcud olub, olacaqdır. Azərbaycan bütün öhdəliklərini qətiyyətlə yerinə yetirib.
Əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb, etibar qazanıb, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilib. Buna görə də dünya ölkələri arasında Azərbaycan öz xüsusi yerini almışdır. Azərbaycan xarici siyasət kursunda həmişə ardıcıl olub, istər iqtisadi, istərsə də siyasi məsələlərdə ardıcıl və birmənalı mövqe nümayiş etdirib. Ölkə rəhbəri çıxışlarında vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunub, onları izah edib.
Bu, çox açıq və prinsipial siyasətdir. Azərbaycanın xarici siyasətində heç bir gizli məqam yoxdur. Ona görə ki, bu siyasət bizim milli maraqlarımıza əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir. Beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşır və həyata keçirir. Azərbaycan başda BMT olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə hər zaman sadiq qalıb.
Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı ədalətli qərar verib. BMT-də, digər beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Bu bizim xarici siyasətin dəyişməz rakursudur. Həmin ölkələr tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Bu atılan addımlar daim diqqətdədir və gələcək işlərdə mühüm yer alır.
Bütün çətinliklərə baxmayaraq, Azərbaycan beynəlxalq aləmdə zəhmətlə formalaşan imicini qoruyub saxlaya bilir. Müxtəlif dairələrin təzyiqlərinə məhəl qoymadan öz siyastimizi müstəqil şəkildə aparırıq. Azərbaycanın bu mövqeyi zamanın və tərəfdaşlarının sınağından çıxmış mövqedir. Bütün tərəfdaş olan ölkələr də bunu yüksək qiymətləndirir və dəyər verir.

Son dövrlərdə gedən həm xarici, həm daxili prosseslər Azərbaycanı olduğundan yüksək zirvələrə qaldırmışdır. Bizim haqq savaşımızda qalibiyyətimiz öz əks sədasını dünyaya yaymağı bacarmışdır. Dövlətimiz möhkəmlənərək Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib. Bu bizim üçün olduqca yüksək dəyərə malik bir haldır. Artıq Azərbaycan dedikdə hər kəs bizi ədalətli, güclü və qüdrətli bir dövlət kimi tanıyır. Azərbaycanın 1990-cı illərdən etibarən beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısı uğurla başa çatdırılıb.
Biz dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilmişik. Bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır.
Nəqliyyat dəhlizlərinin yeni imkanlarını və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərini müəyyən etmək olar və Azərbaycan bu istiqamətdə daim işlər görür. Dövlətimizin bütün məsələlərə strateji baxışı, yanaşması var. Bundan əlavə iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxış və təsəvvür sərgiləyirik.
Azərbaycan bu ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaqdır.
Biz əminik ki, dövlətimizin başçısı cənab Ali Baş Komandan İlham Əliyev, onun ətrafında sıx birləşmiş Azərbaycan xalqı ilə Respublikamızı daim zirvələrə yüksəldəcək, uğurlardan-uğurlara imza atacaqdır!
Yaşasın, Azərbaycan!
Eldəniz SƏLİMOV,
Millət vəkili
Etikxeber.az





