Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti heç bir zaman olmadığı qədər güclü və qüdrətli dövlətə çevrilib”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov bildirib.
O, qeyd edib ki, ölkə Prezidenti bu gün Milli Məclisdə keçirilən andiçmə məraaimindən sonra növbəti 7 il müddətinə Azərbaycan dövlətinə rəhbərlik dövrünə qədəm qoyub.
Onun sözlərinə görə, növbəti 7 il də Azərbaycan çiçəklənmə, tərəqqi və sürətli inkişaf ili-mərhələsi olacaq.
Millət vəkili bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmiz, xalqımız qarşıdakı 7 ildə də yeni zəfərlərə, yeni uğurlara imza atacaq, imzalar içinə imzasını daha da möhkəm vuracaq.
E. Səlimovun dediyinə görə, Azərbaycan seçicisi, Azərbaycan insanı son 15 ildə olduğu kimi, 2018-2025-ci illərdə də seçimində yanılmadığının şahidi olacaq və seçimi ilə bir daha qürurlanacaq.
“Odur ki, cənab Prezident Sizi və butün Azərbaycan xalqını təbrik edirəm!
Sizin rəhbərliyiniz ilə Azərbaycan dövləti heç bir zaman olmadığı qədər güclü və qüdrətli dövlətə çevrilib.
Allah Sizi və Azərbaycanımızı Qorusun!!!”-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.
Etikxeber.az