Azərbaycan dövləti və dövlət başçısı heç zaman öz vətəndaşını yarıyolda qoymayıb, təkbaşına, taleyin ümidinə buraxmayıb…-ELDƏNİZ SƏLİMOV YAZIR

“…Karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə, karantin rejimi uzadılmalıdır. Mən hesab edirəm ki, bu, düzgün addım olacaqdır. Çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə hesab edirəm ki, Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Hesab edirəm ki, karantin rejiminin uzadılması yeganə düzgün qərardır…”

Bunlar ölkə Prezidenti cənab İlham Əliyevə məxsus fikirlərdir.

Bu fikirləri dünən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclas zamanı dövlət başçısı dilə gətirib.

Hesab edirəm ki, çox doğru və düzgün fikirlər, birmənalı yanaşma və qərardır.

Xüsusi karantin rejiminin bəzi yumşaldılmalarla (cənab Prezident bununla da bağlı tapşırıq verdi) uzadılmasına, davam etdirilməsinə ehtiyac var.

Çünki koronavirus pandemiyası ilə bağlı təhlükə tam aradan qalxmayıb, qaldırılmayıb.

Düzdür, istər dünyada, istərsə ölkəmizdə koronavirusa yoluxmalarla bağlı azalmalar, enmələr yaşansa da, müsbət nəticələr, işartılar nəzərə çarpsa da, hələ də bu bəlanın qarşısını önləmək, ondan xilas olmaq tam mümkünləşməyib.

Hətta, bəzi tibb mütəxəssisləri, alimlər bildirirlər ki, dünyanın bir çox yerlərində pandemiyanın ikinci frazası, dalğası yaşana bilər.

Təbii ki, biz ölkə-cəmiyyət olaraq, artlq pandemiyanın son günlərini yaşayırıq, müdrik və uzaqgörən dövlət başçımız İlham Əliyevin cəsarətli, qətiyyətli, iradəli addımları nəticəsində bunlara nail ola bilmişik, koronavirusun ölkəmizdə genişlənməsinin və daha təhlükəli hal almasının qarşısını almışıq və atılan addımlar inam, əsas yaradır ki, çox tezliklə bu bəladan, bu sınaqdan, bu imtahandan birlikdə üzüağ, alnıaçıq çıxacağıq, qurtulacağıq.

Məhz birlikdə bu bəlanı dəf edəcəyik. Çünki arxamızda Azərbaycan kimi, güclü, qüdrətli dövlət və onun Lider rəhbəri cənab İlham Əliyev var.

Azərbaycan dövlətinin, ölkə Prezidentinin atdığı və bundan sonrakı mərhələdə də atacağı addımlar sayəsində biz bu bəlanı birdəfəlik özümüzdən, ölkəmizdən uzaqlaşdıracağıq, həm də bütövlükdə dünyamızın, insanlığın bu bəladan qurtulmasında öz növbəti töhfələrimizi verəcəyik.

Odur ki, insanlarımız bir az da səbrli, təmkinli və məsuliyyətli olsunlar.

Bu günə qədər necə səbr ediblərsə, qarşımızdakı günlərdə də öz səbrlərini, təmkinlərini qorusunlar, verilən qərarlara, karantin rejiminin tələblərinə sonadək əməl etsinlər, şaiyələrə, dedi-qoda inanmasınlar, dövlətə və dövlət rəhbərinə inansınlar, inanmaqda bir an belə tərəddüd etməsinlər.

Azərbaycan dövləti və dövlət başçısı heç zaman öz vətəndaşını yarıyolda qoymayıb, təkbaşına, taleyin ümidinə buraxmayıb, daim onun yanında olub, bu gün də yanındadır, sabah da yanında olacaq!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Asim Mollazadə pandemiya şəraitində bioloji silahlarla bağlı qanunun qəbulunu təklif edir…

Read Next

Koronavirusla mübarizədə Azərbaycan dövlətinin sosial siyasəti-MUSA URUD YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir