Azərbaycan dövləti xilas oldu, inkişaf yoluna qədəm qoydu – SPİKER

Milli Məclisin (MM) mərhum eks-prezident Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş xüsusi iclası öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki, iclasda ilk olaraq spiker Oqtay Əsədov çıxış edib.

heydar

Spiker qeyd edib ki, mərhum dövlət başçısı H. Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub-saxlanılıb.

Onun sözlərinə görə,H. Əliyev həmişə ona bəslənən ümidləri doğruldub:

“Azərbaycan onun dövründə inkişaf edib. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dili dövlət dili elan edildi. Onun rəhbərliyi dövründə minlərlə gənc xarici ölklələrə oxumağa göndərildi. Heydər Əliyev Azərbaycana qarşı düşmənçilik mövqeyində olanların qarşısında dayanırdı. 1990-cı illərin əvvəllərində hərc-mərclik ölkəni uçuruma aparırdı. Onun yenidən hakimyyətə qayıdışı ilə Azərbaycan dövləti xilas oldu, inkişaf yoluna qədəm qoydu”.

Spiker həmçinin xatırladıb ki, H. Əliyevin 1993-2003-cü illərdə gördüyü işlər hər kəsi heyrətə gətirir, çünki o ölkədə sabitliyi tam təmin etdi, xalq birliyinə nail oldu.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

57 yaşlı İlham Əliyev elə Heydər Əliyevdir – ZAHİD ORUC

Read Next

“Vaxtilə çörək verdikləri elə bu məclisdə üzünə ağ oldular” – YAP İCRA KATİBİNİN MÜAVİNİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir