“Azərbaycan dövlətinin, ölkə Rəhbərinin, Nazirlər Kabinetinin, aidiyyatı qurumların gördüyü işlər olduğu kimi qiymətləndirilməlidir”-MİLLƏT VƏKİLİNDƏN ÇAĞIRIŞ

Azərbaycan dövlətinin, ölkə Prezidenti cənab İlham Əliyevin iradəsi, qətiyyəti hər zamankı kimi, yenə də ortadadır.

Dövlətimiz ölkə Prezidentinin rəhbərliyi ilə dünyada və onun tərkib hissəsi olan ölkəmizdə yaşanan bəlaya-koronavirus pandemiyasına qarşı çox ardıcıl və çox qətiyyətli mübarizə aparır və müsbət nəticələr də göz önündədir.

Yoluxmalar, ölüm faktları olsa da, karantinə alınmış onlarla, yüzlərlə vətəndaşımız günümüzün qəhrəmanları olan həkimlərimizin peşəkarlığı, dövlətimizin diqqət və qayğısı nəticəsində sağalaraq, öz normal, gündəlik həyatlarına dönüblər.

Həm də dinamika üzü yuxarıya deyil, üzü aşağıya, azalmaya doğru gedir.

Bununla yanaşı, koronavirus pandemiyasının vurduğu və ya vura biləcəyi maddi itkilərdən, zərər və ziyanlardan ötüşmək, sığortalanmaq üçün hər gün çoxsaylı addımlar atılır, Fərman və Sərəncamlar imzalanır.

Hamısının da kökündə, təməlində Azərbaycan insanı, Azərbaycan vətəndaşı, onun sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi, maddi rifah halının pisləşməməsi, əksinə, yaxşılaşdırılması dayanır.

Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan dövləti, hökumətimiz, ali qanunverici orqanımız üzərinə düşən hər bir şeyi edir, nə lazımdırsa, onu reallaşdırır, gerçəkləşdirir.

Artıq bir neçə gündür ki, məhz ölkə Prezidentinin məsləhət, tapşırıq, göstəriş və tövsiyələri ilə Nazirlər Kabineti tərəfindən hazırlanan sosial paket, “Tədbirlər Planı” açıqlanaraq, ictimaiyyətə elan edilib.

Buna paralel olaraq, həmin “Tədbirlər Planı”nda əksini tapan məsələlərin artıq bir çoxunun icrasına başlanılıb.

Artıq 4 gündür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz vətəndaşlarımıza, “həssas ailə” qrupundan olan işsiz insanlarımıza birdəfəlik ödəmələrə başlanılıb. Və 4 gün ərzində 55 mindən artıq insanımız bu yardımdan istifadə edə bilib.

Bunun özü çox böyük addımdır, çox böyük rəqəmdir. Xüsusilə də, belə bir çətin dönəmdə. Faktiki iş yerləri, bütün sənaye, kənd təsərrüfatı müəssisələri, zavod və fabriklər işini dayandırıb, istehsal dayanıb, neftin qiyməti xeyli dərəcədə aşağıya düşüb.

Üstəlik uzun illərdir müharibə vəziyyətindəyik, alçaq və murdar düşmənlə üz-üzəyik. Bunun nə demək olduğunu isə geniş izah etməyə zənnimcə, ehtiyac yoxdur.

Bütün bunların müqabilində Azərbaycan dövləti, aidiyyatı qurumlar öz vətəndaşının yanında olmağa, onun qayğıları, problemləri ilə necə deyərlər, nəfəs almağa çalışır.

Bütün zəruri və vacib addımlar atılır ki, Azərbaycan insanı özünu yalqız, kimsəsiz hiss etməsin, Azərbaycan dövlətinin onun hər zaman yanında olduğunu duysun və bilsin.

Eyni zamanda, dünən ödənişli təhsil alan ailələrin övladlarının yaz və payız sessiyalarında yarımillik təhsil haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı açıqlanıb.

Artıq həm Təhsil Nazirliyi, həm də Nazirlər Kabinetinin rəsmiləri tərəfindən bununla bağlı ətraflı və geniiş izahat verilib, güzəştin kimlərə şamil olunacağı dilə gətirilib. O da qeyd olunub ki, ölkədə hazırda övladları ödəniişli ali təhsil (əyani) alan “həssas ailələr”in sayı 20 mindən çoxdur.

Bunu özü də balaca rəqəm deyil. Yaxın zamanlarda da bu məsələnin icrası yönündə addımların atılmasına başlanılacaq. Bununla da, on minlərə insanımızın sevincinə sevinc qatılacaq, onların narahatçılğına son qoyulacaq.

Həmçinin, işığın da limiti 100 kilovatt artırılıb, bank borcları məsələsinə də yaxın günlərdə aydınlıq gətiriləcək, Mərkəzi Bank, hökumət tərəfindən insanları sevindirəcək addımlar atılacaq.

Sadəcə, insanlarımızdan, vətəndaşlarımızdan xahişimiz, istəyimiz, arzumuz odur ki, karantin rejiminin şətlərinə, tələblərinə, ölkə Rəhbərinin, Azərbaycan dövlətinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın çağırışlarına birmənalı şəkildə əməl və riayət etsinlər.

Hər kəs vətəndaşlıq borcunu yerinə yetirsin, daha məsuliyyəti olsun, sağlamlığının qeydinə qalsın.

Eyni zamanda, heç kim şaiyələrə, bədxah qüvvələrin və məkrli insanların sözlərinə, yalanlarına inanmasın, təhriklərinə uymasın, əksinə, dövlətlə həmrəyliyini idafə etsin, görülən işləri olduğu kimi, qiymətləndirsin.

Bir daha qeyd edirəm ki, hər kəs arxayın ola bilər-Azərbaycan dövləti öz üzərinə düşəni edir, necə ki, indiyə kimi edib, bundan sonra da edəcək, daha nələr lazımdırsa, onlar da öz həllini zamanında tapacaq.

Bir olaq, birlikdə olaq və birlikdə qalib gələk.

Biz yalnız birlikdə qalib gələcəyik!

Eldəniz Səlimov,

Millət vəkili

Etikxeber.az

Read Previous

Sabah hava necə-OLACAQ?

Read Next

“Bəzi cinayət əməllərinin dekriminallaşdırılması o demək deyil ki, onları törədənlər cəzasız qalacaq”-KAMAL CƏFƏROV MM-İN KOMİTƏ İCLASINDAN VƏ BƏZİ CƏZALARIN DEKRİMİNALLAŞDIRILMASINDAN DANIŞDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir