“Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə baxılması nəzərdə tutulmur”-XİN-DƏN LAVROVA CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Rusiya Federasiyasının xarici işlər nazirinin Ermənistana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikrini şərh edib.

Etikxeber.az xəbər verir ki, Leyla Abdullayeva qeyd edib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi, məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.

“Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”, – XİN rəsmisi vurğulayıb.

Etikxeber.az

Read Previous

Daha 15 yeni-YOLUXMA…

Read Next

Zemfira Səfərova “Şöhrət” ordeni ilə-TƏLTİF EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir