Azərbaycan Ermənistanla delimitasiya komissiyasının iclasının noyabrdan oktyabra keçirilməsini-TƏKLİF ETDİ

Azərbaycan tərəfi Ermənistanla sərhədlərin delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabr ayında keçirilməsi təklifi ilə çıxış edib.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN)i ki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında oktyabrın 2-də Cenevrədə keçirilmiş görüşü barədə açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunub ki, görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.

Etikxeber.az

Read Previous

“Qalib xalq və qalib ölkə kimi daim əbədi yaşayacağıq”-MİLLƏT VƏKİLİ

Read Next

İlham Əliyev Almaniya və Koreya prezidentlərini-TƏBRİK ETDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir