Azərbaycan gimnastı Dünya Kubokunun sahibi oldu…

Macarıstanın Sombatxey şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kubokunun final mərhələsi keçirilib.

Etikxeber.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, 25 ölkənin iştirakı ilə keçirilən final yarışlarında Azərbaycan idmançısı da mübarizə aparıb.

Yarışlarda yeganə təmsilçimiz Marina Nekrasova dayaqlı tullanma proqramında bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub.

Gimnastımız bu uğura 14,183 xal toplamaqla nail olub.

Etikxeber.az

Read Previous

1200-dən çox şagird əlavə imtahan verir – BU GÜN

Read Next

Zelenski ilə Putin arasında telefon söhbəti – “NORMANDİYA FORMATI”NDA BİR ARAYA GƏLƏCƏKLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir