Azərbaycan ictimaiyyəti Mehriban Əliyeva ilə haqlı olaraq fəxr edir – İBRAHİMOV

Prezident İlham Əliyev Azərbaycan Respublikasının birinci vitse-prezidenti ilə bağlı sərəncam imzalayıb.

Ölkə başçısının sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilib.

mehriban xanim-preziodent

Etikxeber.az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin (MM) komitə sədrləri bu təyinata münasibət bildiriblər.

eldar-2

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov:

“Cənab prezidentin bu təyinatını alıqşlayıram. Bu qərar çox vacib və Azərbaycan tarixində ən mühüm addımlardan biridir. Onsuz da hörmətli Mehriban Əliyeva bu vəzifəyə ən layiqli şəxs idi. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm.
Əgər indiyə kimi, Mehriban xanımın rəhbərliyi altında həyata keçirilən layihələr əsasən təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman sahələrini əhatə edirdisə, şübhəsiz ki, bundan sonra daha çoxşaxəli olacaq.
Hamı Mehriban xanımın simasında təkcə ictimai xadim deyil, həm də köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan görür. Azərbaycan ictimaiyyəti Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. Bu təyinat münasibətilə onu təbrik edirəm”.

aqiya

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı:

“Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunması çox vacib və düzgün qəbul edilmiş qərardır. Bu təyinata görə, cənab Prezidentə təşəkkür edirəm. Mehriban xanım özünün hərtərəfli və yorulmaz fəaliyyəti, Azərbaycanı dünyada tanıtmaq üçün gördüyü işlərlə buna haqq edirdi.

Mehriban Əliyeva yaşından, milliyətindən və dini inancından asılı olmayaraq milyonlarla insanın ürəyini çoxdan fəth edib. O, insanalara humanist münasibətinə, qayğı və köməyə ehtiyacı olanlara yardım etdiyinə, başqasının dərdinə şərik olmaq və lazımi anda yanında olmaq bacarığına görə böyük hörmətə layiqdir.

Xeyirxahlıq, mərhəmət və şəfqət kimi anlayışlar Mehriban xanım üçün, həqiqətən də, önəmlidir və onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir.

O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri və İSESKO-nun ilk qadın xoşməramlı səfiri kimi saysız-hesabsız işlər görüb. Mehriban xanım dəstəyə ehtiyacı minlərlə ailəyə, qadına, uşağa kömək göstərərək xeyirxah imic yaradıb.
Əminliklə deyə bilərəm ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti olaraq bu vəzifənin də öhdəsindən layiqincə gələcək”.

Etikxeber.az

Read Previous

“Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması cəmiyyətin gözləntisi idi” – MİLLƏT VƏKİLİ

Read Next

“Onun qəlbi xalqla döyünür…” – HADİ RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir