“Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir…”-AZƏRBAYCAN PREZİDENTİ

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçi təbrik edib.

Etikxeber.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Sədr,

Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir.

İnanıram ki, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Etikxeber.az

Read Previous

Şəhid Oruc Nəfəclinin anası ölkə rəhbərliyinə müraciət etdi: “SON ÜÇ İLDƏ BALAMIN ORDEN HAQQI TANINMAYIB, İSTƏYİRƏM Kİ, ORUCUM DA HAQQI OLAN ALİ ORDENLƏRİMİZDƏN BİRİ İLƏ TƏLTİF EDİLSİN”

Read Next

Atasının doğum günündə torpağa tapşırılan, beş yaxın qohumu Şəhid olan-KAMRAN FAZİL OĞLU QASIMOVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir