Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan insan hüquqları və fundamental azadlıqlar prinsiplərinə sadiqdir.
Etikxeber.az-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İnsan Hüquqları Komitəsinin Cenevrədə keçirilən 118-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın icrası üzrə 4-cü dövrü hesabatın təqdim olunduğu iclasda çıxışında deyib.
O, bildirib ki, Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq, insan hüquqları sahəsi də daxil olmaqla, ölkə qanunvericiliyini daim təkmilləşdirilir və beynəlxalq standartlara uyğunlaşdırır: “Sentyabrın 26-da ölkədə keçirilən referendumdan sonra Konstitusiyaya edilən dəyişikliklər insan ləyaqətinə hörmət və müdafiəni təmin edir, hüquqlardan sui-istifadənin qarşısını alır. Bu dəyişikliklər insan hüquq və azadlıqlarının gələcəkdə konstitusional cəhətdən daha da möhkəmlənməsinə, səmərəli və çevik dövlət idarəçiliyinə və iqtisadi islahatların effektivliyinə yönəlib”.
X. Xələfov korrupsiya, insan alveri və məişət zorakılığına qarşı mübarizədə əldə olunan irəliləyişlərdən də danışıb.
Etikxeber.az