Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında iştirak və çıxış edən dövlət başçıları sırasında Azərbaycan Prezidenti İlham Əliyev də olub.
Etikxeber.az xəbər verir ki, geniş nitqində Azərbaycan Prezidenti ölkəmizin BMT-nin fəal üzvü olmasına diqqət çəkib.
Onun bildirdiyinə görə, təsadüfi deyil ki, məhz bu fəallığın nəticəsində 2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, yəni, 155 ölkə Azərbaycana səs verib.
“Üzv dövlətlərin tam əksəriyyəti Azərbaycana və onun siyasətinə öz dəstəyini nümayiş etdirdilər. Həmin vaxt cəmi 20 yaşı olan ölkə üçün bu, böyük nailiyyət oldu. Azərbaycan müasir, sabit və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi hökumətimizin əsas prioritetlərindəndir. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir”-deyə, qeyd edib.
İ. Əliyev çıxışnda eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, bu konfliktin həlli ilə bağlı 4 qətnamə qəbul edən BMT-ni problemin sülh və danışıqlar yoluyla çözümündə daha fəal olmağa səsləyib.
“…Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”-deyə, İ. Əliyev sözlərinə əlavə edib.
AŞPA-nın komitə sədri: “Danışıqlar sonsuza qədər davam edə bilməz və status-kvo dəyişməlidir”
Ölkə Prezidentinin ABŞ-a səfərinə və BMT-dəki yüksək səviyyəli görüşlərinə, Baş Assambleyanın 72-ci sessiyasındakı geniş nitqinə toxunan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə sədri, millət vəkili Sahibə Qafarova isə saytımıza açıqlamasında ilk öncə qeyd edib ki, bu, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi və Azərbaycanın qazandığı nailiyyətlərin beynəlxalq miqyasda təqdim olunması baxımından böyük əhəmiyyətə malikdir.
Onun sözlərinə görə, Azərbaycan müstəqil xarici siyasət həyata keçirən, özünün milli maraqlarını qətiyyətlə müdafiə etməyi bacaran, regionun inkişafında və bölgədə təhlükəsizliyin təmin olunmasında mühüm rolu olan güclü aktordur: “Bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihə həyata keçirmək mümkün deyil. Eyni zamanda, Azərbaycan dünyada sülh və təhlükəsizliyin təmin olunması, sivilizasiyalar arasında dialoqun gücləndirilməsinə də sanballı töfhələr verir”.
Azərbaycanın BMT-də islahatlar aparılmasının zəruriliyini bəyan etdiyini, eyni zamanda, Baş Assambleyanın 72-ci sessiyasında çıxışı zamanı dövlət başçısının bu məsələni bir daha xatırlatdığını deyən S. Qafarova bildirib ki, bu islahatlar təşkilatın müasir dövrdə baş verən proseslərə və inkişafa adekvat fəaliyyət göstərməsini, yeni yaranmış qlobal risklərə operativ cavab verməsini, sülh və təhlükəsizliyin təmin olunmasında daha effektiv dəstək verməsini təmin etməlidir. Ölkəmizin BMT ilə münasibətlərin inkişafına da böyük əhəmiyyət verdiyini xatırladan millət vəkili S.Qafarova Azərbaycanın BMT-nin struktur təşkilatları ilə fəal əməkdaşlıq, Baş Assambleyanın sessiyalarında fəal iştirak etdiyini bildirib: “Heç təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev də çıxışında Azərbaycanın BMT ilə əməkdaşlığa önəm verdiyini və bu qurumun fəal üzvü olduğunu bəyan etdi”.
Azərbaycan Prezidentinin ABŞ-a səfəri, həmçinin, BMT-dəki görüşləri çərçivəsində Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, Ermənistan ordusunun son zamanlar artan təxribatları ilə bağlı, həmçinin, Qarabağ münaqişəsinin nizamlanması yönündə aparılan danışıqlar prosesindəki mövcud vəziyyətlə bağlı da müzakirələr aparıldığını, İ. Əliyevin sessiyadakı çıxışında da bu məsələlərə geniş yer ayırdığını bildirən S. Qafarovanın dediyinə görə, ümumiyyətlə, Azərbaycan Qarabağ münaqişəsinin beynəlxalq hüququqn ali norma və pinsipləri əsasında sülh yolu ilə həllini istəyir:
“20 ildən artıqdır davam edən danışıqlarda da bu mövqeyindən bir addım belə geri çəkilməyib. Baxmayaraq ki, Azərbaycanın hərbi qüdrəti və iqtisadi, siyasi imkanları bu münaqişəni qeyri-sülh vasitələrlə də həll etməyə imkan verir, Azərbaycan yenə də sülh danışıqlarına sadiqdir. Azərabycanın Ali Baş Komandanı İlham Əliyevin də sessiyada çıxışı zamanı bir daha vurğuladığı kimi, danışıqlar sonsuza qədər davam edə bilməz və status-kvo dəyişməlidir. “Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri – Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir. Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır…“-deyə, cənab Prezident çıxışında dedi.
Bu baxımdan, ölkə Prezidentinin də bəyan etdiyi kimi, Ermənistanın sülhə məcbur edilməsi üçün beynəlxalq ictimaiyyət, o, cümlədən, BMT, ATƏT-in Minsk qrupu tərəfindən konkret əməli addımlar atılmalıdır, təcavüzkar ölkəyə ciddi təzyiqlər göstərilməlidir, ikili standartlara son qoyulmalıdır. Yəni, bir daha belə hesab edirik ki, Qarabağ münaqişəsinin həllinə dair 4 qətnamə qəbul edən BMT, onun Təhlükəsizlik Şurası, Baş Assambleyası, nəhayət, bu qətnamələrin icra edilməsinə səy göstərməli və bunlara nail olmalıdır. Bu məsələdə də əsasən BMT-də söz və nüfuz sahibi olan ölkələr, Minsk qrupu və həmsədr dövlətlər daha fəal olmalıdır”.
MM-in komitə sədrinin müavini: ” Ermənistan və onu himayə edənlər Azərbaycan Prezidentinin son xəbərdarlığından ciddi nəticə çıxarmalıdır”
Azərbaycan Prezidentinin ABŞ-a səfərini, BMT Baş Assambleyası çərçivəsində keçirdiyi görüşləri və onun sessiyadakı çıxışını çox müsbət və çox yüksək dəyərləndirən Milli Məclisin (MM) komitə sədrinin müavini, professor Jalə Əliyeva da bildirib ki, bütün bunlar nəticə etibarı ilə ölkəmizin beynəlxalq aləmdəki yerinin və rolunun bir daha möhkəmləndirilməsinə, o cümlədən, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə öz töhfəsini verəcək.
Millət vəkili dövlət başçısının sessiyadakı çıxışında daha çox Ermənistan-Azərbaycan münaqişəsinə diqqət ayırdığını bildirərək, ölkə Prezidentinin BMT-nin ali kürsüsündən təcavüzkar və işğalçı ölkənin işğalçılıq, təcavüzkarlıq siyasətini, onun həyata keçirdiyi terror və vandalizm aktlarını bir daha çılpaqlığı ilə işfa etdiyini vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, ölkə Prezidenti çıxışnda eyni zamanda, işğal faktına baxmayaraq, Azərbaycanın uğurla inkişaf etdiyini, gündən-günə gücləndiyini və Ermənistanın növbəti nəxribatlarının onlar üçün daha ağrılı olacağını bəyan edib.
“Cənab İlham Əliyev bəyan etdi ki, ötən ilin aprelində uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda – Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. “Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq”-deyə, o, sonra vurğuladı. Bütün bunlar bir daha onu göstərir ki, ölkə Prezidenti, bütövlükdə Azərbaycan xalqı və dövləti işğal faktı ilə barışmaq niyyətində deyil və heç zaman da barışmayacaq. Heç bir qüvvə də, heç bir beynəlxalq qurum da, heç bir dövlət də Azərbaycanı bu qəti və birmənalı mövqeyindən geri döndərə bilməyəcək. Bu baxımdan hesab edirik ki, Azərbaycanın bu qəti mövqeyindən, ölkə rəhbərinin son xəbərdarlıqdan işğalçı dövlət və onun cinayətkar rəhbərliyi, o cümlədən, münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul etsə də, 24 il ərzində həmin qətnamələrin icrasınsa nail ola bilməyən BMT, həmçinin, vasitəçilik missiyası ilə məşğul olan Minsk qrupu və həmsədr ciddi nəticələr çıxarmalıdır. Onlar Ermənistanı öz təcavüzkarlıq və işğalçılıq siyasətindən əl çəkməyə, işğal olunmuş torpaqlardan birdəfəlik geri çəkilməyə, işğal altındakı əraziləri boşaltmağa məcbur etməlidirlər. Çünki həmin qüvvələrin, dövlətlərin əlində Ermənistana təzyiq göstərmək, onu sülhə məcbur etmək, işğala son verdirmək üçün kifayət qədər təzyiq və təsir mexanizmləri var. Onlar, nəhayət, bu mexanizmləri işə salmalı, pafoslu bəyanatlardan, quru sözdən əməli işə keçməlidirlər”-deyə, J. Əliyeva daha sonra sözlərinə əlavə edib.
Etikxeber.az