Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilir.
Etikxeber.az-ın xəbərinə görə, qurultay nümayəndələri qeydiyyatdan keçdikdən sonra Ali Məclis başlayıb.
Qurultayda Azərbaycan Mətbuat Şurası (MŞ) sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq. Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alır. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.


MŞ İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.
Qurultay iştirakçıları Nizamnamə dəyişikliyini qəbul etsələr, Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Bundan başqa, İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçiləcək. Nizamnamə dəyişikliyi qəbul olunmasa, İdarə Heyəti əvvəlki qaydada formalaşacaq.
Qeyd edək ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edəcək. Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunacaqlar.
***

“Mətbuat Şurası (MŞ) yarandığı 15 il ərzində hakimiyyət, media və cəmiyyət münasibətlərinin tənzimlənməsinə xidmət edib”.
Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat məruzəsi ilə çıxışı zamanı deyib.
Ə.Amaşov bildirib ki, medianın maddi-texniki bazası, jurnalistlərin mənzillə təminatı ilə bağlı bir çox addımlar atılıb: “Mətbuat Şurasının VI qurultayından sonrakı illər mediaya dövlət dəstəyi baxımından uğurlu illər olub. Buna görə də dövlət başçımız İlham Əliyevə təşəkkür edirik”.
O, qeyd edib ki, VI qurultaydan bu vaxta qədər Şuraya 3145 şikayət daxil olub. 2213 şikayət həllini tapıb, 932-si razılığa gəlinmədiyindən Şuranın müxtəlif komissiyalarına göndərilib: “Şikayətlərdən 159-u Reketçiliklə mübarizə komissiyasında araşdırılıb. “Reket jurnalistika” ilə bağlı araşdırmanın 104-ü ilə bağlı yekun rəy qəbul edilib. Ümumilikdə 231 qərar çıxarılıb, 68 cavabdehə xəbərdarlıq edilib, 134 halda media nümayəndələrinə etinasızlıqla bağlı xəbərdarlıq edilib”.
Şuranın fəaliyyəti ilə bağlı səsləndirilən neqativ fikirlərə toxunan Ə.Amaşov qeyd edib ki, dünyada mətbuat şuralarının yerini müəyyən edən iki şərt mövcuddur: “Onlardan biri də mətbuatın problemlərini həll etməkdir. Şuraya 15 il ərzində 12 mindən çox şikayətin daxil olması Mətbuat Şurasının əhəmiyyətindən xəbər verir. Biz bu şikayətlərin olmamasını istərdik. Cəmiyyətlə bərabər dövlət də Mətbuat Şurasına etibar edir. Bəziləri isə bu funksiyalarımıza görə bizi ittiham edir. Onların fikrində Mətbuat Şurasının fəaliyyətinin necə olmasını anlamırıq”.
MŞ sədri vurğulayıb ki, mövcud problemlərin həlli üçün addımlar atılıb, mediaya yüksək səviyyədə maddi dəstək göstərilir: “Lakin müasir dövr mediası reklamdan və satışdan daha çox qazanmalıdır. Qəzet kağızının idxalının əlavə dəyər vergisindən azad olunması bizim üçün vacib məsələdir. Çap mediası gələcəkdə daha etibarlı arxiv rolunu oynamalıdır. Bu mənada çap mediasının satışına geniş imkanlar yaratmalıyıq, qəzet köşkləri ilə yanaşı, metro stansiyalarında da bu imkanlar yaradılmalıdır”.
Ə.Amaşov bildirib ki, onlayn mediada reklam bazar istənilən səviyyədə olmadığı üçün onlara dövlət dəstəyi mütləqdir: “Ümumən mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var. Region qəzetlərinə də dəstək lazımdır”.
Şura sədri həmçinin qeyd edib ki, həbsdə olan jurnalistlərin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi üçün ölkə başçısına müraciət ünvanlanmalıdır: “Bu, humanist addım olar”.
Etikxeber.az





