Azərbaycan kişi voleybolçuları Türkiyə komandasına qalib gəlib – FOTO

Mayın 13-də “Baku Crystal Hall”da IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışında üçüncü günün sonuncu oyununda Azərbaycanın və Türkiyənin kişi atletləri qarşılaşıblar.

Etikxeber.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunda komandalar qələbə qazanmaq üçün inadlı müqavimət göstəriblər. Milli komandamız ilk seti 28:26 hesabla qələbə qazansa da, ikinci set türkiyəli voleybolçuların xeyrinə başa çatıb – 25:13. Voleybolçularımız üçüncü setdə sahib olduqları üstünlüyü yekunda qələbə çevirə biliblər – 25:17. Lakin dördüncü seti Türkiyə millisi öz xeyrinə başa vurmağı bacarıb – 19:25. Millimiz gərgin keçən beşinci setdə rəqibin inadlı müqavimətinə baxmayaraq qələbə qazanaraq (18:16) oyunun taleyini həll edib – 3:2.

Mayın 14-də günün birinci görüş Mərakeşin və Əlcəzairin kişi komandaları arasında keçiriləcək. Axşam saat 19.00-da isə Azərbaycanın qadınlardan ibarət komandası Türkiyə voleybolçuları ilə qarşılaşacaq.

Etikxeber.az

Read Previous

Diananın “Eurovision-2017″nin finaldakı çıxışı coşqu ilə qarşılandı- YENİLƏNİB (1)

Read Next

Portuqaliya təmsilçisi Salvador Sobral birinci oldu – FOTO – YENİLƏNİB (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir