Azərbaycan kubokunda 2016/17-ci illər mövsümündə 19 komanda yarışacaq

Azərbaycan kubokunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, püşkatma oktyabrın 6-da keçiriləcək. Tədbir AFFA-nın inzibati binasında keçiriləcək.

Bu il Azərbaycan kuboku uğrunda 19 komanda yarışacaq.

Premyer Liqa klubları “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AZAL, “Sumqayıt”, həmçinin I divizion təmsilçilərindən “Rəvan”, “Qaradağ Lökbatan”, “Ağsu”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Bakılı”, “Şahdağ”, “Şərurspor”, “Səbail” kubokda qüvvəsini sınayacaq. “Energetik”, “Mil-Muğan” və “Göyəzən” isə bu dəfə yarışa qatılmayacaq.

Etikxeber.az

 

Read Previous

Kommersiya sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı təsdiqləndi

Read Next

Paytaxtın üç rayonu üzrə səyyar qəbula başlanılır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir