Azərbaycan-Litva – 0:0 – YENİLƏNİB – (1)

Azərbaycan millisinin Litva millisi ilə yoldaşlıq görüşü başlayıb.

Etikxeber.az xəbər verir ki, “Bakcell Arena” stadionunda keçirilən oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edir.

Komandamızın start heyətində meydana Səlahət Ağayev, Qara Qarayev, Maksim Medvedev (k), Bədavi Hüseynov, Araz Abdullayev, Ramil Şeydayev, Eddi İsrafilov, Rüfət Dadaşov, Anton Krivotsyuk, Riçard Almeyda və Təmkin Xəlilzadə çıxıb.

Qeyd edək ki, UEFA-nın təqvim reqlamentinə əsasən, hər iki komanda AVRO-2020-nin seçmə mərhələsində ikinci turu buraxıb. İlk turda Azərbaycan səfərdə Xorvatiyaya, Litva isə Lüksemburqa eyni hesabla uduzub – 1:2.

Həm Nikola Yurçeviç, həm də Valdas Urbonas baş məşqçi olduqları yığmanı bu il ilk dəfə yoldaşlıq görüşündə sınaqdan çıxaracaq. Bu komandalar əvvəllər 2 dəfə qarşılaşıblar. 1998-ci ildə Estoniyanın Vilyandi şəhərində təşkil olunmuş matçda Azərbaycan 2:1, 2008-ci ildə Vilnüsdə baş tutmuş qarşılaşmada Litva 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki ölkə yığması həm də ilk dəfə Bakıda üz-üzə gələcək.

***

Azərbaycan-Litva oyununun birinci hissəsi başa çatıb.

İlk hissədə millimiz hesabı açmağa yaxın olsa da, rəqibin müdafiəçiləri inamlı oynayıb.

***

Qarşılaşmanın ikinci hissəsi də millimizin üstünlüyü ilə yadda qalıb.

Milli komandamız rəqibin qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyət yaradıb.

Son 15 dəqiqə ərzində baş məşqçi Nikola Yurçeviç dördüncü hücumçunu meydana buraxmasına baxmayaraq, rəqib qapısını toxunulmaz saxlamağa nail olub.

Etikxeber.az

Read Previous

Naqif Həmzəyev, mediasiya, güzəştlər, növəti təhsil qanununu və ya…

Read Next

Trampın yeni avantürası- “QOLAN TƏPƏLƏRİ”Nİ İSRAİL ƏRAZİSİ KİMİ TANIDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir