Minatəmizləmə qlobal fəaliyyət cavab tələb edir.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Bildirib ki, Azərbaycan hökuməti minatəmizləmə sahəsində qətiyyətli addımlar atır.
“Azərbaycan münaqişədən ən çətin problemlərdən biri olan mina problemi ilə üzləşib”-deyən H. Hacıyev qeyd edib ki, işğaldan azad olunan ərazilərimiz qlobal səviyyədə mina ilə ən çox çirklənən ərazilərdən hesab olunur.
“Bu ərazilərə milyonlarla mina yerləşdirilib. Azərbaycan hökuməti bu dağıdıcı addımlara quruculuqla cavab verir. Əsas prioritetimiz daha çox insanın həyatını xilas etmək, bu torpaqların minalardan təmizlənməsi və vətəndaşlarımızın təhlükəsiz yaşayışını təmin etməkdir”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az