Azərbaycan nümayəndə heyəti Peterburq metrosunda həlak olanların xatirəsini yad edib – FOTO

Sankt-Peterburqda səfərdə olan Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti və ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov aprelin 3-də metroda törədilmiş terror aktı nəticəsində həlak olanların xatirəsini yad ediblər.

Etikxeber.az-ın xəbərinə görə, Azərbaycan nümayəndə heyəti Sankt-Peterburq metrosunun “Texnoloqiçeskiy institut” stansiyası önünə gül dəstələri qoyub.

Xatırladaq ki, Sankt-Peterburqdakı metro stansiyasında törədilən terror aktı nəticəsində 14 nəfər, o cümlədən əslən azərbaycanlı tələbə Dilbər Əliyeva həlak olub.

Daha bir Azərbaycan əsilli Sankt-Peterburq sakini Zaur Vəliyev yaralanıb.

Etikxeber.az

Read Previous

Əliyev Serbiyanın yeni seçilmiş prezidentini təbrik etdi – FOTO

Read Next

Milli Şura aprelin 8-də mitinq keçirəsi oldu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir