Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Albaniyanın Tirana şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 51-ci plenar sessiyası, həmçinin, Hüquqi və siyasi məsələlər üzrə Komitəsinin iclasları keçirilir.
Etikxeber.az-ın xəbərinə görə, tədbirlərdə QRİƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvləri Jalə Əliyeva, Aydın Mirzəzadə, Musa Quliyev, Əflatun Amaşov iştirak edirlər.
Qeyd edək ki, iclaslarda Parlament Assambleyasının fəaliyyəti barədə hesabat dinləniləcək, Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv dövlətlərin iqtisadi, ekoloji, mədəni və sosial inkişafının ümumi məqsədləri, bu ölkələrdə rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri, mədəni əməkdaşlığın möhkəmləndirilməsi və multikulturalizm mövzuları müzakirə olunacaq.
Hüquqi və siyasi məsələlər üzrə Komitənin iclasında isə komitənin sədr müavini Eldar Quliyevin “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda məruzəsi dinləniləcək, məruzə ətrafında müzakirələr aparılacaq.
Nümayəndə heyətinin üzvü J. Əliyeva isə saytımıza açıqlamasında bildirib ki, adıçəkilən qurum kifayət qədər nüfuzlu təşkilatdır və burada Azərbaycanın problemlərinə, xüsusilə, Ermənistan-Azərbaycan münaqişəsinə həsasslıqla yanaşılır.
O, xatırladıb ki, hələ bir neçə ay öncə, ötən ilin sonlarına yaxın QDİƏT PA-nın Ukraynada keçirilən toplantısında -Baş Assambleyanın 50-ci sessiyasında Azərbaycanla, Qarabağ münaqişəsi ilə bağlı tarixi hadisə baş verib, ermənilərin bütün təzyiqlərinə, təxribatlarına, hətta, iclas zalını tərk etmələrinə baxmayaraq, çox mühüm əhəmiyyət kəsb edən, Ermənistanın işğalçılıq siyasətini ortaya qoyan Bəyannamə qəbul edilib.
“O zaman ermənilər nə qədər cəhd etsələr də, həqiqətin önünə keçə bilmədilər, cəhdləri uğursuzluqla nəticələndi, Azərbaycanla, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çox vacib və tarixi əhəmiyyətli sənəd qəbul olundu. Bu, Azərbaycan nümayəndə heyətinin, Azərbaycan diplomatiyasının, bütövlükdə Azərbaycanın uğuru idi. AŞPA, Avropa Parlamenti və İslam Əməkdaşlıq Təşkilatından sonra Ermənistan-Azərbaycan müanaqişəsi ilə bağlı ədalətli sənəd qəbul edən qurum QDİƏT PA oldu. Odur ki, belə bir qurumda təmsil olunmaq, onunla yüksək səviyyədə əməkdaşlıq etmək çox vacibdir. Biz də nümayəndə heyəti olaraq çalışırıq ki, bu istiqamətdə üzərimizə düşün işlərin öhdəsindən layiqincə gələk. Bu dəfə də qurumda çox mühüm məsələlərin müzakirəsi gözlənilir və bizlər də həmin müzakirələrdə daha aktiv, daha fəal olmaq niyyətindəyik. Bir daha fürsət və imkan olarsa, Qarabağ münaqişəsini, Ermənistanın işğalçılıq siyasətini gündəmə daşımaq fikrindəyik”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.
Onu da qeyd edək ki, millət vəkili A. Mirzəzadə nümayəndə heyətində yeni təmsil olunur.
O, qurumda millət vəkili Çingiz Qənizadəni əvəzləyir.
Belə ki, Ç. Qənizadə bir müddət öncə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü seçilib.
***
“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 51-ci Baş Assambleyası keçirilir. Ümumi müzakirələrdə çıxış edən Ermənistan nümayəndə heyətinin rəhbəri Qagik Minasyan ölkəsinin qonşu ölkələr tərəfindən izolyasiyaya alındığını və bu səbəbdən ölkəsinin normal inkişaf edə bilmədiyini söylədi”.
Bunu da öz növbəsində A. Mirzəzadə deyib.
“Ondan sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev isə cavab olaraq bildirdi ki, Azərbaycan torpaqlarının iyirmi faizi qonşu ölkə tərəfindən işğal edilib və əhalimizin bir milyon iki yüz min nəfəri öz doğma torpağında məcbui köçkünə çevrilib. Əgər işğal olmasaydı, izolyasiya da olmazdı və Azəbaycan daha yaxşı, region ölkələri isə normal inkişaf edə bilərdi”-deyə, millət vəkili sonra qeyd edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az