Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə-ÜZV SEÇİLDİ…

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının (ECOSOC) sentyabrın 14-də keçirilmiş iclası zamanı BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 2021-2024-cü illər üzrə üzvlüyünə seçkilər keçirilib.

Etikxeber.az  xəbər verir ki, seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Nadir Adilov Komitənin üzvü seçilib.

Qeyd edək ki, 1985-ci ildə təsis edilmiş sözügedən Komitə İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının həmin Pakta tərəf dövlətlər tərəfindən icrasının monitorinqini aparır.

18 üzvdən ibarət olan Komitəyə ilk dəfədir ki, Azərbaycan nümayəndəsi üzv olaraq seçilir.

Qeyd edək ki, Nadir Adilov Nadir Adilman psevdonimi ilə Azərbaycan və bir çox ölkələrdə nəşr edilən kitabların müəllifidir.

Onun biznes inkişafı üzrə yazdığı kitablar bestseller kitablar sırasında yer alır.

Etikxeber.az

Read Previous

MONQOL YÜRÜŞLƏRİNİN ƏSL SƏBƏBLƏRİ VƏ CƏLALƏDDİN RUMİNİN SİRRİ…-Araz Şəhrili yazır

Read Next

“Ölkənin ayrı-ayrı tanınmış simalarının və digər şəxslərin xarici dövlətin maraqlarına xidmət etmələri kimi cəfəng məlumatların yayılması respublikada sabitliyi pozmağa, Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməyə hesablanıb”-DTX MƏLUM SİYAHI İLƏ BAĞLI AÇIQLAMA YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir