Azərbaycan Ordusu Ermənistanın mövqelərinə atəş açmayıb-MN

Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

Etikxeber.az xəbər verir ki, bu barədə mətbuata Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir”, məlumatda deyilir.

Etikxeber.az

Read Previous

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi-ASİF ABIŞOVUN BU GÜN ANIM GÜNÜDÜR…

Read Next

Cəmi 8 ayın Əsgəri və 16 noyabr Şəhidlərindən olan-EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU ELMİN ƏLİZADƏNİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir