Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ali Baş Komandanın başçılığı altında Azərbaycan Ordusu Azərbaycanın ərazi bütövlüyünü bərpa edilməsi uğrunda mübarizəni davam etdirir.
Etikxeber.az məlumat verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, düşmən hər gün təxribatlara yol verir.
“Azərbaycan Ordusu təxribat və hücumların qarşısını almaqdadır. Azərbaycanın haqq işi beynəlxalq səviyyədə dəstəklənir. Bu, Azərbaycanın uzun müddət apardığı diplomatik siyasətin nəticəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, həm də Azərbaycanın Qoşulmama Hərəkatının, Türk Şurası kimi qurumların sədri olması və bu istiqamətində fəaliyyəti ilə bağlıdır”-deyə, o, əlavə edib.
15:16
***
“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən gətirilmiş muzdlular var”-deyən H. Hacıyev bildirib ki, VOMA terror təşkilatında da 300-dən artıq muzdlu cəmləşib:
“Ermənistanın muzdlu dəstələrində Livan, Suriyadan tutmuş Kanadaya qədər ölkələrin vətəndaşları var. Fransanın radikal təşkilatının nümayəndəsinin də Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmək üçün dəstə topladığı barədə məlumatlar var. Eyni zamanda PKK üzvlərinin də işğal olunmuş ərazilərdə olması barədə məlumatlar mövcuddur. Ermənistan bu sahədə fəaliyyəti qadağan edən BMT konvensiyasını tez-tələsik qəbul etməklə diqqəti yayındırmaq, riyakarlıq etmək istəyir. Azərbaycan isə bu konvensiyaya 23 ilə əvvəl qoşulub. Ermənistan müxtəlif səhnəciklər təşkil etməklə guya Azərbaycanın muzdlulardan istifadə etdiyini iddia edir. Ermənistan döyüş meydanında məğlubiyyətini gizlətmək üçün fantaziyalar irəli sürür və öz uğursuzluqlarını gizlətmək istəyir. Azərbaycanın hər hansı muzdlulara ehtiyac yoxdur. Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırıqlarını rəşadətlə yerinə yetirir”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, “7-ci günün adventistləri” qrupuna daxil olan şəxs də Ermənistan tərəfindən Azərbaycana keçib və müvafiq açıqlamalarla çıxış edib:
“7-ci günün adventistləri” də digər dini azlıqlar kimi Ermənistan ərazisində sıxışdırılır. Azərbaycan ərazisində bu icma ilk dəfə əsrin əvvəlində Şuşada fəaliyyətə başlayıb. Azərbaycanda digər dini icmalara olan kimi bu icmaya da dözümlü münasibət göstərilib. Hazırda Gəncə və Bakıda bu icmanın nümayəndəlikləri fəaliyyət göstərir, öz ibadətlərini həyata keçirir. Ermənistan silahlı qüvvələrinin sıralarına da bu cür şəxslər məcburi daxil edilirlər”.
15:39
***
Sonra “Şuşadakı Gövhər ağa məscidi xalqımızın dini abidələrindən biridir”– H. Hacıyev qeyd edib ki, Ermənistan bu məscidlə bağlı təxribat xarakterli məlumatlar yayır:
“Ermənistan uşaqları da döyüşlərə cəlb edir, beynəlxalq konvensiyaları pozur. Ermənistanın uşaqlara qarşı cinayət əməllərini Xocalıda da görmüşük. Ermənistanın Bərdə, Tərtər və Gəncəyə hücumu nəticəsində 11 uşaq qətlə yetirilib. Eyni zamanda uşaqların əsgər kimi hərbi əməliyyatlara cəlb edilməsi də cinayətdir. Ermənistan məktəbləri və uşaq bağçalarını atəşə tutur. Bu gün cəbhəyanı və cəbhədən kənarda yerləşən 50-dən çox məktəb və uşaq bağçası zərbəyə məruz qalıb. Ermənistan işğal olunmuş ərazilərdən birində uşaq bağçasını hərbi qərargaha çevirib. Azərbaycan Ordusunun uşaq bağçalarını hədəf almadığını nəzərə alaraq, Ermənistan belə riyakarlıq edir”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunması Prezident İlham Əliyev tərəfindən xalqımıza çatdırılır:
“Hər bir qarış torpaq əsgərlərimizin qanı, canı bahasına azad edilir. Biz bəzən işğal altındakı torpaqlarımızın sürətlə azad edilməsini gözləyirik. Amma o torpaqların hərbçilərimiz tərəfindən atəş altında azad edildiyini nəzərə almalıyıq. İşğal altındakı ərazilər kiçik olsa da, bəlkə də dünyada elə silahlandırılmış ikinci belə ərazi olsun. Belə bir şəraitdə Azərbaycanın rəşadətli oğulları torpaqlarımızı işğaldan azad edir. VPN vasitəsi ilə sosial şəbəkələrdən istifadə edən vətəndaşlarımızı yoxlanılmamış məlumatlar verməkdən çəkinməyə çağırırıq. Əsgərlərimizin yerləşdiyi məkanlar və tələsik məlumatlar əsgərlərimizin canı bahasına başa gələ bilər. Ona görə də rəsmi mənbələrə istinadı tövsiyə edirik”.
Etikxeber.az





