Azərbaycan Ordusu təxribata cəhd edən 4 Ermənistan hərbçisini-MƏHV ETDİ – YENİLƏNİB

Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin iki hərbçisi məhv edilib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda yaralıların olduğu da bildirilir.

Onu da qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğu barədə məlumat yayıb.

09:17

***

Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin məhv edilən hərbçilərinin sayı 4-ə çatıb.

Bu barədə də Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda daha 1 hərbçinin yaralı olduğu qeyd olunub.

Etikxeber.az

Read Previous

“Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub”-DSX MƏLUMAT YAYDI, İKİNCİ “QİSAS ƏMƏLİYYATI” KEÇİRİLDİ

Read Next

Konstitusiya Məhkəməsi-PREZİDENT SEÇKİLƏRİNİN NƏTİCƏLƏRİNİ TƏSDİQLƏDİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir