Azərbaycan Ordusunun iki əsgəri Laçında-ŞƏHİD OLDU – YENİLƏNİB

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.

Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

14:34

***

Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

MN-dən faktı təsdiq ediblər.

Etikxeber.az

Read Previous

Prezident daha iki ölkənin səfirinin etimadnaməsini-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Dünyada peşəkar jurnalistika standartları gerçək hədəf və mahiyyətindən uzaqdır-ƏFLATUN AMAŞOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir