Azərbaycan Ordusunun Gədəbəydəki mövqeləri atəşə tutulub-MN – YENİLƏNİB – (1)

Sentyabrın 14-ü saat 13:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, məlumatda deyilir.

15:00

***

Sentyabrın 14-ü saat 14:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutub.

Bu barədə də MN məlumat yayıb.

“Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, MN-in məlumatında deyilir.

17:07

***

Sentyabrın 14-ü saat 19:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə MN məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Bundan başqa, saat 19:05-dən 19:25-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Etikxeber.az

Read Previous

“Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır…Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

2022-ci il Qanlı sentyabr Şəhidlərindən olan-ALİ TƏHSİLLİ, LEYTENANT, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ ÖMƏR ŞİRİNOVUN ANIM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir