Azərbaycan Ordusunun Laçın və Kəlbəcər istiqamətlərindəki mövqeləri atəşə tutulub-MN

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Etikxeber.az

Read Previous

Xüsusi karantin rejiminin müddəti uzadıldı-TOYLARA DAİR TƏLƏB LƏĞV EDİLDİ

Read Next

1993-cü ilin 15 iyunundan 2021-ci ilin 15 iyununa gedən Zəfər yolu! Və əlvida, həmsədrlər, əlvida, Minsk qrupu!-ELDAR İBRAHİMOV YAZDI – (ÖZƏL)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir