Azərbaycan Ordusunun mövqeləri 30 dəfə atəşə tutulub-MÜDAFİƏ NAZİRLİYİ

Ötən sutka ərzində Azərbaycan Ordusunun mövqeləri 30 dəfə atəşə tutulub.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Qeyd edək ki, ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub.

Etikxeber.az

Read Previous

Vitse-spiker Adil Əliyev tərəfindən “Mona Liza”da-ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏR ÜÇÜN İFTAR SÜFRƏSİ TƏŞKİL EDİLDİ…-FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Alpanın üç İkinci Vətən Müharibəsi Şəhidindən biri, iki övladı Vətənə əmanət qalan-AQİL MƏLİKOVUN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir