Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub-MN – YENİLƏNİB

Sentyabrın 15-i saat 23:55-dən sentyabrın 16-sı 00:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və Basarkeçər rayonunun Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng və Qalakənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a bildirilib ki, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

08:01

***

Sentyabrın 16-si saat 19:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə də MN məlumat yayıb.

Nazirlik bildirib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Etikxeber.az

Read Previous

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib-MN – FOTO

Read Next

Ali təhsilli, evin-ailənin tək və subay oğlu, orden Haqqı hələ də tanınmayan-MİNGƏÇEVİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ İLKİN AĞAKİŞİYEVİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, YAŞASAYDI, 28 YAŞI TAMAM OLACAQDI… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir