Azərbaycan Ordusunun Şuşa və Laçın istiqamətindəki mövqeləri atəşə tutulub-MN

İyulun 11-i saat 23:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən xəbərə görə, bundan başqa, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Etikxeber.az

Read Previous

45 müntəzəm marşrut xətti üzrə 140 avtobusun hərəkət intervalında gecikmələr var-BNA

Read Next

İki övladı Vətənə əmanət qalan, nəşi 9 ay yarımdan sonra Əbədiyyətə uğurlanan Əkbər Pənahov-BU GÜN ŞƏHİDİN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir