Azərbaycan Ordusunun Şuşa, Xocalı və Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub-MN

İyulun 14-ü saat 10:55 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə Etikxeber.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, bundan başqa, saat 13:39-dan 13-50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Etikxeber.az

Read Previous

Bakıda 36, bölgələrdə 38 dərəcə isti olacaq-SABAH

Read Next

Atası və qardaşını illər öncə itirən, ailənin tək ümidi olan Ümid Həsənovun-BU GÜN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜDÜR, QUBALI SENTYABR ŞƏHİDİNİN 22 YAŞI TAMAM OLUR…- FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir