“Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir”-MN VƏ DSX-DƏN BİRGƏ SƏRT XƏBƏRDARLIQ

Azərbaycan Müdafiə Nazirliyi (MN) və Dövlət Sərhəd Xidməti (DSX) birgə bəyanat yayıb.

Müdafiə Nazirliyindən Etikxeber.az-a daxil olan bəyanatda bildirilir:

“Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür. Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.

Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir. Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir”.

Etikxeber.az

Read Previous

“Buraxılış imtahanı ilə qəbul imtahanları birləşdirilsin”-AQİYƏ NAXÇIVANLI

Read Next

“Rusiyanın əməli və sözü üst-üstə düşmür: Bir tərəfdən sülhə çağırış edən, neytral qaldığını ifadə edən rəsmi Moskva, digər tərəfdən Ermənistanı pulsuz silahla təmin edir, bununla bölgədə sülhün təmin olunmasına maneə yaradır, sözdə olmasa da əməldə ərazi bütövlüyü prinsipi şübhə altına alınır…”-BƏHRUZ MƏHƏRRƏMOVDAN KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir