“Azərbaycan özü münaqişəyə hərbi-siyasi vasitələrlə son qoyub, ərazi bütövlüyünü və suverenliyini təmin edib…”-İLHAM ƏLİYEV – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edib.

Etikxeber.az xəbər verir ki, qonaq ATƏT məkanında mövcud münaqişələrdən birinin həll olunduğunu və regionda davamlı sülhün təmin edildiyini deyərək, bu xüsusda dövlətimizin başçısını Azərbaycanla Ermənistan arasında sülh gündəliyində qazanılmış nailiyyətlər münasibətilə təbrik etdi.

Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı 30 ilə yaxın müddətdə münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar prosesində hər hansı bir nəticənin əldə edilmədiyini və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin yerinə yetirilmədiyini təəssüflə vurğuladı.

Prezident İlham Əliyev dedi ki, Azərbaycan özü münaqişəyə hərbi-siyasi vasitələrlə son qoyub, ərazi bütövlüyünü və suverenliyini təmin edib.

Söhbət zamanı Avropanın bəzi parlament təsisatlarından fərqli olaraq, Azərbaycanın ATƏT Parlament Assambleyası ilə təmaslarından və siyasi dialoqdan məmnunluq ifadə edildi.

ATƏT Parlament Assambleyasının gündəliyində də bütün ATƏT məkanına balanslı münasibətin nümayiş etdirilməsinin önəmi vurğulandı.

Görüşdə mədəniyyətlərarası dialoqa toxunuldu, Azərbaycanın bu prosesdə rolu və töhfələri məmnunluqla qeyd edildi.

ATƏT Parlament Assambleyasının prezidenti Bakıda keçirilən “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının əhəmiyyətinə toxunaraq, minalar probleminin ATƏT Parlament Assambleyasının gündəliyində də müzakirə olunduğunu bildirdi.

Etikxeber.az

Read Previous

Bu yollarda yenə sıxlıq və tıxacdır-SİYAHI

Read Next

Qazi ailəsində dünyaya gəldi, evin tək və subay oğlu, iki bacının tək qardaşı idi…İkinci Vətən Müharibəsində, cəmi 19 yaşında Şəhadətə qovuşdu – İki qardaşdan biriydi…Atasını 2014-cü ildə, anasını 2020-ci ildə itirdi…Ali-hərbi təhsilli, peşəkar hərbçiydi…28 yaşının tamamından cəmi 15 gün sonra-2023-ci ilin 19 sentyabrında Antiterror əməliyyatında Şəhid oldu, tək qardaşı Vətənə əmanət qaldı-BU GÜN CƏNNƏTDƏKİ DOĞUM GÜNLƏRİ OLAN ASİM CƏFƏRLİ VƏ RUSLAN ABBASOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir