Azərbaycan parlamentariləri Malayziyaya səfər edəcəklər

Milli Məclisin deputatları, Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Mahir Aslanov və qrupun üzvü Mirkazım Kazımov noyabrın bu gün bu ölkənin paytaxtı Kuala Lumpur şəhərinə səfər edəcəklər.

Bu barədə Etikxeber.az-a parlamentin mətbuat xidmətindən məlumat verilib.

Səfər Malayziya parlamentinin Nümayəndələr Palatasının vitse-spikeri, Azərbaycanla dostluq qrupunun rəhbəri Datuk Seri Roland Kiandeenin dəvəti ilə həyata keçirilir.

Deputatlar ölkənin qanunverici orqanının fəaliyyəti ilə tanış olacaq, qəbul olunan qanunlarla maraqlanacaq, parlamentin rəhbərliyi və malayziyalı həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təcrübə və informasiya mübadiləsi ilə bağlı məsələləri müzakirə edəcəklər.

Səfər noyabrın 14-də başa çatacaq.

Etikxeber.az

Read Previous

ATƏT sabah cəbhədə növbəti monitorinq keçirəcək

Read Next

Azərbaycan-Almaniya futbol oyununun məkanı dəyişdiriləcək – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir