Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevə Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg” təqdim olunacaq.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyənin HABER GLOBAL kanalı məlumat verib.
Azərbaycan Prezidentinə “Togg”u Türkiyənin sənaye naziri Mustafa Varank təqdim edəcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə “A Haber”ə müsahibəsində “Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığımız baş tutdu. Prezident İlham Əliyev iki ədəd “TOGG” istədi…”-deyə, bildirmişdi.
Onu da qeyd edək ki, dünən-3 aprel tarixində “Togg” elektromobilinin T10X modeli Prezident Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana təqdim edilib.

Etikxeber.az





