Azərbaycan rayonlarından birinə Heydər Əliyevin adı verilsin – AYDIN HÜSEYNOV

Hakim partiyadan olan millət vəkili Aydın Hüseynov mərhum dövlət başçısı Heydər Əliyevin adının əbədiləşdirilməsi təklifi ilə çıxış edib.
Etikxeber.az-ın xəbərinə görə, o, bu təklifini parlamentin xüsusi iclasında səsləndirib:
aydin huseynov 2156564
“Heydər Əliyev zamanında Azərbaycanın böyük şəxsiyyətlərinin, mütəfəkkirlərinin adlarını əbədiləşdirdi. Onun dövründə Bakının rayonlarından birinə Xətayinin adı verildi. Həmçinin, paytaxtın iki rayonuna həm dahi Nizaminin, həm də Nəsiminin adları verildi. Bunlar böyük, tarixi xidmətlərdir. Ona görə artıq Heydər Əliyevin özünün adı da maddiləşdirilməli, əbədiləşdirilməlidir. Yəni, onun adı Azərbaycanın rayonlarından birinə verilməlidir”.
Millət vəkili Məlahət İbrahimqızı isə  təklif edib ki, universitetlərdə “Heydər Əliyev” kafedraları açılsın.
melahet-1
Həmçinin, təklif edib ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına H. Əliyevin adı verilsin.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

“Vaxtilə çörək verdikləri elə bu məclisdə üzünə ağ oldular” – YAP İCRA KATİBİNİN MÜAVİNİ – YENİLƏNİB

Read Next

Nədən çəkindiniz? Sosial şəbəkələrdən? – BAHAR MURADOVADAN QINAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir