“Azərbaycan ruhu qalib gəldi!”-AYDIN MİRZƏZADƏ

27 sentyabr tarixindən, Azərbaycan Ermənistanın növbəti hərbi təxribatını dəf edərək əks hücuma keçdiyi gündən sosial şəbəkələrdəki məhdudiyyətlərlə bağlı bu günə qədər “feysbuk”dakı səhifəmə və profilimə daxil ola bilmirdim.

Ancaq bu müddət ərzində hər bir azərbaycanlı kimi mən də cəbhədən gələn xəbərləri izləyir, proseslərə mətbuatda, televiziya verilişlərində, ən əsası parlament iclaslarında münasibət bildirirdim.

Çox xoşbəxtəm ki, aparılan mübarizə böyük qələbimizlə başa çatdı.

Ermənistan tərəfindən işğal edilən torpaqlarımızın böyük bir hissəsi qəhrəman əsgərlərimizin igidliyi nəticəsində işğaldan azad edildi, bir hissəsi isə imzalanan saziş əsasında 1 dekabr tarixinə qədər azad ediləcəkdir.

Qələbəmizin qazanılmasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasəti bünövrə rolunu oynadı və xalqımız həmişə onunla fəxr edəcəkdir.

Qələbəmizin memarı və əsas icraedicisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevdir.

Onun düşünülmüş daxili və xarici siyasəti qüdrətli dövlət, güclü iqtisadiyyat və hazırlıqlı ordu yaratmağa, beynəlxalq birlikdə böyük nüfuz qazanmağa imkan verdi.

Prezidentimiz tarixə Qalib sərkərdə, milli ruhu bərqərar etmiş bir görkəmli lider kimi düşəcəkdir.

Qələbəmizin yaradıcısı Əsgərimizdir.

Əsgərimizə eşq olsun, o Azərbaycanın qürurunu özünə qaytardı, o tarixi yaratdı.

Azərbaycan qalib gəldi!

Azərbaycan ruhu qalib gəldi!

Dünya Azərbaycanın möhtəşəmliyini qəbul etdi.

Aydın MİRZƏZADƏ,

Millət vəkili

Etikxeber.az

Read Previous

Şuşa Polis Şöbəsi Şuşaya köçürüldü-KOMENDANT TƏYİN OLUNDU – RƏSMİ

Read Next

“Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı bu ilin 11 noyabr tarixində Memorandumun imzalanmasını alqışlayırıq”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir