Azərbaycan səfirliyinin iki diplomatını Fransa “arzuolunmaz şəxs”-ELAN ETDİ

Rəsmi Paris Azərbaycan səfirliyinin iki diplomatını “arzuolunmaz şəxs” (persona non grata) elan edib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə məlumat Fransa XİN-in rəsmi saytında yer alır.

Fransa cavab tədbiri olaraq Azərbaycan səfirliyinin iki diplomatını arzuolunmaz şəxs (persona non grata) elan edib.

Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

Etikxeber.az

Read Previous

Ağdərə rayonu Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildi-FƏRMAN

Read Next

Bir qrup vəkil “Tərəqqi” medalı ilə təltif edildi-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir