“Azərbaycan saatlar öncə daha bir uğura, ilkə imza atdı…” – ELDƏNİZ SƏLİMOV

“Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan idman ictimaiyyəti  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daha bir ilkə, daha bir uğura imza atdı. Möhtəşəm Birinci Avropa Oyunlarından sonra ölkəmiz bu dəfə, yəni, saatlar öncə 4-cü İslam Həmrəyliyi Oyunlarının çox əzəmətli açılışını etdi. Elə bir açılış mərasimini ki, bunu sözlə ifadə etmək çox çətindir, sözlər bunu ifadə etməkdə çox acizdir. Həddindən ziyadə möhtəşəm və ecazkar bir açılış idi. İllər keçəcək, amma bu açılış mərsimi yaddaşlarda əbədi həkk olunacaq, hafizələrdən silinməyəcək”.

mehriban-islam-2islam-1

 

Etikxeber.az xəbər verir ki, bu hakim partiyadan olan millət vəkili Eldəniz Səlimov deyib.

O, qeyd edib ki, bu yarışın baş tutmasında, yüksək səviyyəli hazırlıq işlərində, həmçinin, möhtəşəm açılış mərasiminin düzənlənməsində ən böyük təşəkkürlər və minnətdarlıq ölkə başçısı ilə birinci vitse-prezident Mehriban xanım Əliyevaya düşür.

“Məhz onların iradəsi, əzmkarlığı, yüksək təşkilatçılıq qabiliyyəti sayəsində Azərbaycan 4-cü İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edir. Azərbaycan 10 gün ərzində İslam ölkələri idmançılarının, bu yarşları izləməyə gələn azarkeşlərin, turistlərin doğma məkanına, belə demək mümkünsə, evinə, isti ocağına cevriləcək.

Mehriban xanımın da açılış mərasimində qeyd etdiyi kimi, bu, onların Oyunlarıdır, Azərbaycan 10 gün ərzində onların da evi olacaq. Buna da heç kimin şübhəsi olmasın və ola da bilməz. Azərbaycan Birinci Avropa Oyunlarına necə layiqincə evsahibliyi etdisə və tarxə düşdüsə, İslam Həmrəyliyi Oyunlarını da elə, ondan da qat-qat yüksək səviyyədə reallaşdıracaq, daha layiqli və uğrlu evsahibliyi edəcək. Düzdür, bundan öncə İslam Həmrəyliyi Oyunlarına başqa bir ölkə  evsahibliyi edib, amma yuxarıda da qeyd etdiyim kimi, ölkəmiz belə bir möhtəşəm açılış mərasimi ilə necə deyərlər, bir ilkə imza atıb və atdı. Bundan öncəki Oyunlarda belə bir açılış, belə bir əzəmət, möhtəşəmlik, çoşqu yaşanmamışdı, amma ölkəmiz bunu da etməyi bacardı, buna da nail oldu…

Odur ki, belə bir tarixi və əlamətdar hadisənin, möhtəşəm idman yarışmasının Azərbaycanda keçirilməsi üçün göstərdikləri iradəyə, çəkdikləri əziyyətə və xidmətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkür və minnətdarlıq bildirir, onlara Azərbaycan naminə yorulmaz fəaliyyətlərində bundan sonra da növbəti uğurlar, zəfərlər arzulayırıq”-deyə, E. Səlimov sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

İdmançılarımız ilk İslamiadada 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazanıb – DEPUTAT – FOTO

Read Next

“Bakı-2017”: Azərbaycanın qadın həndbolçuları finalda- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir