“Azərbaycan seçicisinin seçimi yenə İlham Əliyev olacaq” – ELDAR İBRAHİMOV

“Partiyamızın namizədi, dövlət başçısı İlham Əliyevin titanik fəaliyyəti Azərbaycanı nümunəvi inkişaf modelinə malik güclü dövlətə çevirib. Bu gün hər bir Azərbaycan vətəndaşı öz ölkəsi və Prezidenti ilə qürur duyur. Hesab edirəm ki, bu amil aprelin 11-də insanların doğru seçim etmələri üçün əsas olacaq”.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, professor, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti və Siyasi Şurasının üzvü Eldar İbrahimov deyib.

ILHAMLA IRELI

O, bildirib ki, ölkə Prezidentinin  rəhbərliyi ilə son 15 ildə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Azərbaycanı beynəlxalq miqyasda demokratik ölkə və etibarlı tərəfdaş kimi tanıdıb.

Onun sözlərinə görə, istər regional, istərsə də beynəlxalq əməkdaşlıq kontekstində Azərbaycan çox mühüm tərəfdaş, aparıcı ölkə kimi çıxış edir.

Komitə sədri qeyd edib ki, Azərbaycanın iştirakı və təşəbbüsü ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr regionun təhlükəsizliyini təmin etməklə yanaşı, yeni əməkdaşlıq platformaları müəyyənləşdirib:

ILHAM ALIYEV_BARDA-2

“Bunun nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır, ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətləri genişlənir və daha da inkişaf edir”.

E. İbrahimovun dediyinə görə, Azərbaycan regionun lider ölkəsi olmaqla yanaşı, həm də davamlı inkişafa malik olan ölkələrdən biridir:

“Azərbaycanın iqtisadi potensialı mütəmadi olaraq artır, dünya iqtisadiyyatında mövqeyi möhkəmlənir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu reytinq agentlikləri Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, bunun nəticəsində əldə edilən inkişaf göstəricilərini və nailiyyətləri yüksək qiymətləndirirlər”.

Komitə sədri vurğulayıb ki, İ. Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və praqmatik siyasət nəticəsində Azərbaycan həm də beynəlxalq dialoq, əməkdaşlıq məkanına çevrilib.

eldar-2

“Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənir, ölkəmizə maraq artır. Azərbaycan beynəlxalq təşkilatlarda öz maraqlarının müdafiəsini qətiyyətlə həyata keçirir, ölkəmizin beynəlxalq nüfuzu mütəmadi olaraq artır. Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin həyata keçirilməsini təsəvvür etmək belə mümkün deyil. Ona görə də bu gün dünyanın diqqəti Azərbaycandadır, ölkəmizə olan maraq artıb. Ölkəmiz aprelin 11-də keçiriləcək prezident seçkilərinə məhz bu cür müsbət reallıqlar fonunda gedir. Bu reallıqlar isə Azərbaycan xalqının cənab İlham Əliyevi yekdilliklə dəstəkləməsini şərtləndirir. Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin inkişafa, rifaha xidmət edən siyasətini birmənalı şəkildə dəstəkləyir”.

E. İbrahimov eyni zamanda xatırladıb ki, hazırda prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirilən görüşlərdə insanlarda yüksək seçki əhval-ruhiyyəsi hiss edilir:

“Seçicilər birmənalı şəkildə möhtərəm Prezidentimiz İlham Əliyevi dəstəklədiklərini bildirir, onun rəhbərliyi ilə həyata keçirilən siyasətin inkişafa, yüksəlişə və tərəqqiyə xidmət etdiyini vurğulayırlar. Görünən odur ki, Azərbaycan xalqının seçimi birmənalı şəkildə cənab İlham Əliyevdir. Ümumiyyətlə, ölkəmizin gələcək inkişafı və inamlı sabahı üçün 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməliyik. Cənab İlham Əliyevə səs verməklə, biz Azərbaycanın uğurlu, palaq gələcəyinə, gələcək zəfərlərinə, qələbələrinə səs vermiş oluruq. Bir sözlə, qədirbilən və müdrik Azərbaycan xalqının, Azərbaycan seçicisinin növbəti dəfə seçimi yenə də İlham Əliyev olacaq, buna da kimsənin şübhəsi olmasın”.

Etikxeber.az

 

Read Previous

Azərbaycanla Türkiyənin konfederasiyası yarana bilər – POLİTOLOQ

Read Next

“Ay sənin savadına xoruz kəsim!” – MUSA URUD “OD” PÜSKÜRDÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir